Modern.az

Zəngəzur dəhlizi Türk dövlətləri üçün böyük əhəmiyyət kəsb edir

Zəngəzur dəhlizi Türk dövlətləri üçün böyük əhəmiyyət kəsb edir

Aktual

16 Dekabr 2022, 23:18

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Türk Dövlətləri Təşkilatının yeni təyin olunmuş Baş katibi Kubanıçbek Ömüralıyevin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Modern.az-a bildirilib ki, görüşdə ölkəmizin təşkilatla nəqliyyat və İKT sahəsində əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

 

Orta Dəhliz boyunca tranzitin asanlaşdırılması, o cümlədən nəqliyyat əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər haqqında danışılıb.

 

Nümayəndə heyətinə Zəngəzur dəhlizinin üzv dövlətlər üçün əhəmiyyəti və işğaldan azad olunmuş ərazilərimizdə nəqliyyat və rabitə infrastrukturunun inşası üzrə görülən işlər barədə məlumat verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?