Modern.az

Bu kanalların lisenziyası ləğv edildi - Prezident də dəstəklədi 

Bu kanalların lisenziyası ləğv edildi - Prezident də dəstəklədi 

Aktual

18 Dekabr 2022, 09:00

Moldovada rus dilində yayımlanan bir sıra televiziya kanallarının lisenziyası dondurulub.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Teleradio Şurası məlumat yayıb.

 

Rus dilində verilişlər hazırlayan kanalların ölkənin milli maraqlarına zərbə vurduğu bildirilib. Eyni zamanda, Ukraynada gedən müharibə zamanı sözügedən TV-lərin yanlış məlumatlar yaydığı, həqiqətləri təhrif etdiyi vurğulanıb.

 

Moldova Prezidenti Maya Sandu Teleradio Şurasının qərarını alqışlayıb. O bildirib ki, ləğv olunan kanallar öz yalan informasiyaları ilə ölkədə xaotik durum yaratmağa çalışıb.

 

Məsələyə Kremldən də münasibət özünü çox gözlətməyib.

 

Rusiya XİN sözçüsü Mariya Zaxarova hadisəni Moldovadakı milyonlarla rusdilli tamaşaçının haqlarının əlindən alınması kimi qiymətləndirib.

 

Onu da bildirək ki, lisenziyası dayandırılan kanallar arasında "First in Moldova", "RTR Moldova", "Accent TV", "NTV Moldova", "TV6" və "Orhei TV" də var.

 

Turan 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?