Modern.az

ABŞ-da fövqəladə vəziyyət elan olundu

ABŞ-da fövqəladə vəziyyət elan olundu

Aktual

18 Dekabr 2022, 10:40

Birləşmiş Ştatların Meksika ilə sərhəddə yerləşən El Paso şəhərində miqrantlara görə fövqəladə vəziyyət elan olunub.

 

Modern.az xəbər verir ki, müvafiq bəyanatla şəhər meri Oskar Lizer çıxış edib.

 

Mer qeyd edib ki, o, federal tərəfdaşlarla miqrantlar ətrafında yaranmış vəziyyət barədə danışdıqdan sonra belə qərar verib:

 

"Mən federal tərəfdaşlarımızla danışdım, onlar inanırlar ki, çərşənbə günü miqrantların sayı 2,5 mindən 6 minə qədər artacaq".

 

Fövqəladə vəziyyətin tətbiqi fonunda yerli hakimiyyət orqanları vəziyyətə reaksiya vermək üçün daha çox resurslar cəlb edə biləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?