Modern.az

75 minə yaxın abituriyent ərizəsini təsdiqlədib

75 minə yaxın abituriyent ərizəsini təsdiqlədib

Aktual

10 May 2013, 11:33

2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərdən mayın 17-dək internet vasitəsilə elektron ərizə qəbulu davam edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az-a bildirib ki, artıq 74378 abituriyent öz ərizəsinin təsdiqlədib.

“Onlardan 25908 nəfəri I qrup, 17498 nəfəri II qrup, 22162 nəfəri III qrup, 8810 nəfəri IV qrup üzrə öz ərizəsini təsdiqlədib”.

E. Nağızadə ərizələrini təsdiqlətdirənlərin 65991 nəfərinin Azərbaycan, 8387 nəfərinin isə rus bölməsinin abituriyentləri olduğunu vurğulayıb.  

Aytən ƏLİYEVA
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı