Modern.az

Qış turizm mövsümünə start verildi

Qış turizm mövsümünə start verildi

Aktual

18 Dekabr 2022, 14:46

Bu gündən Azərbaycanda qış turizm mövsümünə start verilir.

 

Modern.az xəbər verir ki, bunu "Şahdağ" Turizm Mərkəzinə mediatur çərçivəsində Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Günel Bədəlova bildirib. 

 

Onun sözlərinə görə, dünyada pandemiyanın ən böyük mənfi təsiri məhz turizm sahəsində müşahidə olunub.

 

G. Bədəlova qeyd edib ki, hazırda turizm sektorunda canlanma var: "Azərbaycana daha çox turist Rusiyadan, Türkiyədən, İrandan və digər ölkələrdən gəlir. Rusiyadan gələnlər ümumi turistlərin 30 faizini təşkil edir". 

 

Qurum rəsmisi qeyd edib ki, qış turizmində turistlər daha çox Quba, Qusar və Qəbələdə istirahət erməyə üstünlük verirlər.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?