Modern.az

Azərbaycana 4 milyon turistin gəlməsi gözlənilir

Azərbaycana 4 milyon turistin gəlməsi gözlənilir

Aktual

18 Dekabr 2022, 15:03

2022-ci ildə Azərbaycana gələn turistlərin sayı artıb. 

 

Modern.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri Kənan Quluzadə "Şahdağ" Turizm Mərkəzinə mediatur çərçivəsində bildirib.


Onun sözlərinə görə, bu ilin sonuna kimi Azərbaycana gələn turistlərin sayının 1,5 milyonu keçəcəyi gözlənilir ki, bu da 2021-ci illə müqayisədə  2,1 dəfə çoxdur.


DTA rəsmisi qeyd edib ki, yaxın 4 ildə Azərbaycana 4 milyon turistin gələcəyi hədəflənib və hazırda ölkəyə daha çox turist cəlb edilməsi üçün işlər aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!