Modern.az

Otellərin bayrama görə qiymətləri artırmasına rəsmi MÜNASİBƏT

Otellərin bayrama görə qiymətləri artırmasına rəsmi MÜNASİBƏT

Aktual

18 Dekabr 2022, 15:34

Bayram günləri otellərdə qiymətlərin yüksəlməsini bazar tənzimləyir. Buna dövlət nəzarət etmir.

 

Bunu Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri Kənan Quluzadə Modern.az-ın Yeni il bayramı ilə əlaqədar otellərdə qiymətlərin yüksək olmasına barədə sualını cavablandırarkən deyib.

 

Agentlik rəsmisi qeyd edib ki, tələbat artdıqca, turizm sahəsində qiymətlər də artır:

 

"Bu, bütün sahələrdə belədir. Necə ki, bayramqabağı bazar və marketlərdə qiymətlər yüksəlir, turizm sahəsində də eyni hal müşahidə edilir. Məsələn, hazırda olduğumuz "Şahdağ" Turizm Mərkəzində yanvar ayının sonuna qədər bütün yerlər tan dolub. Yəni tələbat artdıqca, qiymətlər də yüksəlir. Bu, bazar iqtisadiyyatıdır, dövlət tərəfindən tənzimlənmir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?