Modern.az

Yoluxanların sayı açıqlandı - ölən yoxdur

Yoluxanların sayı açıqlandı - ölən yoxdur

Aktual

18 Dekabr 2022, 17:04

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Bildirilib ki, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 825 409 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 814 869 nəfər müalicə olunaraq sağalıb, 9993 nəfər vəfat edib, aktiv xəstə sayı 547 nəfərdir.

 

Son sutka ərzində 1864, hazırkı dövrədək isə 7 407 349 test aparılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?