Modern.az

Bərdədə 1-ci Qarabağ Festivalı keçirilib

Bərdədə 1-ci Qarabağ Festivalı keçirilib

Aktual

10 May 2013, 12:11


Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İstedadlı gənclərin və­tən­pərvərlik çağırışları” layihəsi çərçivəsində görkəmli siyasi xadim Heydər Əliyevin 90 illik yübleyi münasibətilə Bərdə rayon Milli Olimpiya Kompleksində 500 nəfərdən artıq gəncin, 200-dən artıq idmançının iştirakı ilə 1-ci Qarabağ Festivalı keçirib.

Tədbir iştirakçiları öncə Heydər Əliyevin Bərdə rayonunun mər­kə­zin­də ucaldılmış heykəlini ziyarət edərək önünə gül dəstələri qoyublar. Bərdə Milli Olimpiya Kompleksində işini davam etdirən festival Azərbaycanın Dövlət Him­ni­nin səsələndirməsi ilə açıq elan edilir. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin həyatında oynadığı roldan danışıb. O, Heydər Əliyevi bütün sahələrlə bərabər Azərbaycanda gənclər siyasətinin bünövrəsini qoyan və inkişaf etdirən dahi bir şəxsiyyət ol­du­ğu­nu vurğulayıb.

Tədbirdə Bərdə rayon Gəncəlrə və İdman İdarəsinin rəisi Anar Şahbazov, Bərdə rayon İcra Hakimiyyətinin mə­sul əməkdaşı Asif Abbasov, Qarabağ QHT Koasisiyasının baş katibi, İşğal Olunmuş Əra­zi­lər­də­ki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatının sədri Faiq İsmayılov, Xocalı Soy­qırı­mı­­nı Ta­nıt­ma ictimai birliyinin sədri, “Ana Harayı” qəzetinin baş redaktoru Şamil Sabiroğlu, Qa­ra­bağ qa­zisi, Azər­baycan Bayrağı ordenli Nizami Heydərov və digərləri çıxış edərək Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin güc­­­lən­di­ril­mə­sin­də,  iqtisadiyyatın sürətli inkişafında, ordu quruculuğunda  və idmanın uğur­lu inkişafında göstərdiyi xidmətlərindən söz açıblar. Rəsmi hissədən sonra istedadlı məcburi köçgün gənclərin ifalarında Heydər Əliyevə həsr olunmuş mahnılar, eyni zamanda hərbi vətənpərvərlik ruhunda musiqilər səsələndirilib, dö­yüş növləri üzrə yarış keçirilib.

1-ci Qarabağ Festivalının sonunda qalib gəlmiş 15 ko­man­daya kuboklar, fəxri fərmanlar hə­diyyələr, əzmkarlıqla döyüşdüklərinə görə 150 nəfər id­man­çı isə medallarla, fəxri fərmanlarla və diplomlarla təltif edilib.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı