Modern.az

Hava kəskin dəyişdi - Yağış, qar yağır

Hava kəskin dəyişdi - Yağış, qar yağır

Aktual

20 Dekabr 2022, 07:59

Bu gün Bakıda və Abşeron yarımadasında havanın gün ərzində arabir yağıntılı olacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturunun anomal gedişi gözlənilir, gecə 8°-dək isti, gündüz 5°-dək isti, Bakıda gecə 8°-dək isti, gündüz 5°-dək isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

 

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 2-5° isti, gündüz 5-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?