Modern.az

İranda etirazlarda ölənlərin sayı 500-ü ÖTDÜ

İranda etirazlarda ölənlərin sayı 500-ü ÖTDÜ

Aktual

20 Dekabr 2022, 08:15

İranda keçirilən etiraz aksiyalarında 503 nəfər həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı məlumat yayıb. 

 

Bildirilib ki, ölənlərin 69-nun yaşı 18-dən aşağıdır.

 

Bundan əlavə, etirazlar zamanı 18 452 nəfər həbs olunub. Onlardan 3 976 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Məlumata görə, həbs olunan 652 nəfər tələbədir. Nümayişlərə ümumilikdə 144 universitetin tələbələri qoşulub.

 

Qeyd edilib ki, ölkənin 161 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 62 nümayəndəsi öldürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?