Modern.az

KTMT-yə yeni ölkələr qoşulacaq? - Baş katib açıqladı

KTMT-yə yeni ölkələr qoşulacaq? - Baş katib açıqladı

Aktual

20 Dekabr 2022, 08:58

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni ölkələrin qoşulması ilə bağlı məsələlərə baxılmır.

 

Modern.az xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.

 

“Xeyr, bu məsələ indi müzakirə olunmur. Biz kəmiyyət üçün deyil, keyfiyyət üçün işləməliyik”, - deyə Stanislav Zas bildirib.

 

Baş katib vurğulayıb ki, təşkilatın genişləndirilməsi istiqamətində atılan addımlar onun effektivliyini artırmalı və ümumi təhlükəsizliyi gücləndirməlidir.

 

Hazırda təşkilata 6 dövlət - Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan üzvdür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?