Modern.az

Dənizdə təhlükəsizlik tədbirləri gücləndirildi

Dənizdə təhlükəsizlik tədbirləri gücləndirildi

Aktual

20 Dekabr 2022, 09:22

Dekabrın 19-u axşam saatlarından dekabrın 21-i səhər saatlarına qədər hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar SOCAR-ın dəniz obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Bu barədə Modern.az-a SOCAR-dan məlumat verilib.

 

"Gözlənilən qasırğa ilə bağlı bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər maksimum dərəcədə məhdudlaşdırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə göstərişlər verilib.

Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla birgə tədbirlərin həyata keçirilməsi və mövcud vəziyyətin daimi nəzarətdə saxlanılması davam etməkdədir. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri növbətçilik həyata keçirirlər.

Hava şəraitinin kəskin dəyişməsi və temperaturun aşağı düşməsi ilə əlaqədar olaraq “Azəriqaz” İB-yə və Qaz İxrac idarəsinə zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib", - rəsmi məlumatda bildirilib.

 

Xatırladaq ki, dekabrın 19-dan 21-dək Xəzər Dəniz Akvatoriyasında Şimal-Qərb-Şimal küləyinin 18-23 ms,arabir 25-30 ms acıq dənizdə 33 ms qədər güclənəcəyi gözlənilir. Dalganın hündürlüyünün 2-4 metr, Xəzərin orta hissəsində 4-6 metr olacagı gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?