Modern.az

Xankəndi-Laçın yolundan yeni XƏBƏRLƏR

Xankəndi-Laçın yolundan yeni XƏBƏRLƏR

Aktual

20 Dekabr 2022, 12:50

Rusiya sülhməramlılarına məxsus təchizat-təminat avtomobilləri Xankəndi-Laçın yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər. Aksiya iştirakçıları onlar üçün heç bir maneə yaratmır.

 

Modern.az xəbər verir ki, dekabrın 20-də Rusiya sülhməramlılarına məxsus daha beş təminat avtomobilinin Laçından Xankəndiyə doğru maneəsiz hərəkəti təmin edilib.

 

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmir.

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!