Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Türkiyədə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla ikitərəfli formatda görüş keçirəcək.
Modern.az xəbər verir ki, məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, görüş Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Kayseridə keçiriləcək üçtərəfli danışıqları çərçivəsində baş tutacaq.
Cuanşer Burçuladzenin Türkiyə müdafiə naziri Hulusi Akarla da ikitərəfli görüş keçirəcəyi vurğulanıb.
Tərəflərin regiondakı təhlükəsizlik mühiti, həmçinin üçtərəfli formatda cari və gələcək əməkdaşlıq planlarını müzakirə edəcəkləri qeyd olunub.