Ermənistanın baş naziri Nikol Paşinyan Cermukda ölkəsinin xaricdəki diplomatik xidmət qurumlarının rəhbərləri ilə görüşüb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, xarici işlər naziri Ararat Mirzoyan baş nazirə görüşdə iştirakına görə təşəkkür edib, belə bir görüşün və müzakirələrin keçirilməsinin məqsədlərini təqdim edib.
Baş nazir təşəbbüsü alqışlayıb və Ermənistanın xarici siyasət prioritetlərinə, mövcud çağırışlara, problemlərə, onların həlli imkanlarına, o cümlədən diplomatların fəaliyyətinə və onlardan gözləntilərə toxunub.
Baş nazir Paşinyan diplomatların suallarını cavablandırıb.