Modern.az

Rusiyanın BMT-dəki nümayəndəsi erməniləri müdafiə etdi? - ÇIXIŞ

Rusiyanın BMT-dəki nümayəndəsi erməniləri müdafiə etdi? - ÇIXIŞ

Aktual

21 Dekabr 2022, 10:24

Rusiya Laçın dəhlizində nəqliyyat əlaqələrinin tezliklə bərpasına ümid edir.

Modern.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının dünənki iclasında Rusiya Federasiyasının təşkilatdakı daimi nümayəndəsinin müavini Anna Yevstiqneyeva deyib.


O xatırladıb ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən, Laçın dəhlizi Rusiya sülhməramlı kontingentinin nəzarəti altındadır.

"Laçın dəhlizi Dağlıq Qarabağ və Ermənistan arasında əlaqəni təmin edir. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən, Laçın dəhlizi qarant olaraq Rusiya sülhməramlı kontingentinin nəzarəti altındadır, hansı ki həmin qüvvələr regionda sabitliyi qoruyur və qarşıya qoyulan vəzifələri səmərəli şəkildə yerinə yetirir”, - Yevstiqneyeva bildirib.
 

Onun sözlərinə görə, bu bəyanatı imzalayarkən tərəflər öz üzərinə ciddi şəkildə riayət edilməli olan müvafiq öhdəliklər götürüb ki, bura mülki əhalinin həyatı üçün heç bir problemin yaranmaması da daxildir.

"Biz yaxın gələcəkdə tam hüquqlu nəqliyyat əlaqəsinin bərpasına ümid edirik", - o vurğulayıb.


Yevstiqneyevanın sözlərinə görə, Moskva Azərbaycan və Ermənistanı təmkin nümayiş etdirməyə və gərginliyin dərəcəsini artıra biləcək addımlardan çəkinməyə, habelə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, həmçinin 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatları çərçivəsində razılaşmalara əməl etməyə çağırır.


"Biz əminik ki, bu bəyanatların müddəalarının tam yerinə yetirilməsi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün ən sabit düsturdur. Dörd sənədin hamısı mürəkkəbdir, ayrılmaz şəkildə bağlıdır və onların müddəaları bir-birindən irəli gəlir. Onların icrası Cənubi Qafqazda təkcə region dövlətlərinin deyil, həm də bütün qonşuların maraqlarına cavab verən davamlı sülhün formalaşması üçün şərait yaradacaq”, - Yevstiqneyeva bildirib.


Xatırladaq ki, azərbaycanlı ekofəallar və QHT nümayəndələri dekabrın 12-dən Laçın yolunda Qarabağın dağlıq hissəsindəki qızıl və mis yataqlarının qanunsuz istismarına etiraz edirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?