Modern.az

Zakir Həsənov Ukraynadan qayıdan pilotlarla görüşdü

Zakir Həsənov Ukraynadan qayıdan pilotlarla görüşdü

Aktual

21 Dekabr 2022, 12:34

Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla birlikdə Ukraynadan qayıdan A400M təyyarələrinin pilotları ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Nazirlər pilotların ailələrinə hədiyyələr veriblər.

 

Türkiyənin milli müdafiə naziri Hulusi Akar vəzifələrini uğurla yerinə yetirən pilotları təbrik edib.

 

Xatırladaq ki, humanitar yardımların çatdırılması və Ukraynadakı Türkiyə vətəndaşlarınn təxliyəsi üçün bu ölkəyə yola düşən iki A400m təyyarəsi dünən Türkiyənin Kayseri şəhərinə qayıdıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?