Modern.az

Biz diasporun gücünü çox gec anladıq - Səfir

Biz diasporun gücünü çox gec anladıq - Səfir

Aktual

21 Dekabr 2022, 13:12

Biz diasporun gücünü çox gec anlayan ölkələrdən biriyik.

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şuşada keçirilən Beynəlxalq Bakı-Şuşa Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

 

Səfir qeyd edib ki, Türkiyədən xaricdə minlərlə vətəndaşımız yaşayır.

 

"Onların bir araya gələrək öncə öz məsələrini, daha sonra digər türk dövlətləri ilə birlikdə digər məsələləri müzakirə etməlidirlər. Dünən Bakıda, bu gün Şuşada keçirlən forum bu aspektdən çox önəmlidir.

 

Ombudsmanlardan diasporlara qədər çox fərqli sahələrdə əməkdaşlıqlarımız inkişaf edib. Türk Dövlətləri Təşkilatı üzv ölkələr arasında önəmli lokomotiv rolunu oynayır", - deyə C.Bağcı bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?