Modern.az

Ali Məhkəməyə yeni hakimlər təyin ediləcək - SİYAHI

Ali Məhkəməyə yeni hakimlər təyin ediləcək - SİYAHI

Aktual

21 Dekabr 2022, 14:10

Azərbaycan Respublikasının Ali Məhkəməsinə yeni hakimlər təyin ediləcək.

 

Modern.az xəbərinə görə, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik təklif olunur.

 

Dəyişikliklə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi (Kommersiya Kollegiyasının sədri) Xıdırov Əhliman Mehman oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Abdulov Rəşad Məhərrəm oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Zəki Baba oğlu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Vidadi Məmməd oğlu və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Cəfərov Vidadi Cəfər oğlunun Azərbaycan Respublikasının Ali Məhkəməsinə hakim təyin edilməsi ilə bağlı namizədliyi irəli sürülüb.

 

Qanuna dəyişiklik layihələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?