Dekabrın 21-də Türkiyədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar və Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.
Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, görüşdə hər üç ölkənin müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və üçtərəfli birgə təlimlərin keçirilməsinin vacibliyi, eləcə də regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.
Sonda kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirilib.
****
14:53
Bu gün Kayseridə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü keçirilir.
Modern.az xəbər verir ki, görüşdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze iştirak edirlər.
Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılacaq.