Modern.az

"Atamla bağlı danışmaq istəmirəm" - Vasif Talıbovun rəis oğlu

Aktual

21 Dekabr 2022, 15:18

“Atamla bağlı heç bir şey danışmaq istəmirəm. Mən Bakıda yaşayıram və öz işimlə məşğulam”.

 

Modern.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Dövlət Miqrasiya Xidmətinin baş idarə rəisi Rza Talıbov Naxçıvan Ali Məclisinin sədri postundan kənarlaşdırılan atası Vasif Talıbovun istefası barədə suala cavabında deyib.

 

Rza Talıbov istefadan sonra atası ilə əlaqə saxlamadığını bildirib:

 

“Hazırda danışmamışam. Heç bir məlumatım yoxdur”.

 

“Atanızın uzun illər tutduğu postdan getməsini necə qarşıladınız” sualına isə Rza Talıbov: “Hər kəsin öz işi var”, - deyərək, əlavə şərh verməkdən imtina edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır