Modern.az

Hakim vəzifəsinə təyinat qaydası DƏYİŞİR

Hakim vəzifəsinə təyinat qaydası DƏYİŞİR

Aktual

21 Dekabr 2022, 15:53

Yuxarı instansiya məhkəmələrinin hakimi vəzifəsinə təyinatla bağlı tələb yumşaldılır.

 

Modern.az-ın xəbərinə görə, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik edilir.

 

Dəyişikliklə qanunun 94-cü maddəsindəki “5 il” sözləri “3 il” sözləri ilə əvəz olunur.

 

Bununla da yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə bir qayda olaraq ən azı 3 il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxslər təyin oluna biləcək.

 

Qanunun hazırki variantı isə belədir: "Yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə bir qayda olaraq ən azı 5 il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxslər təyin oluna bilərlər".

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!