Modern.az

Birgə təlimlər təhlükəsizlik üçün vacibdir – Zakir Həsənov

Birgə təlimlər təhlükəsizlik üçün vacibdir – Zakir Həsənov

Aktual

21 Dekabr 2022, 17:18

“Ölkələrimizin Silahlı Qüvvələri arasında əməkdaşlıq davam edir”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov türkiyəli və gürcüstanlı həmkarları ilə keçirilən üçtərəfli görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

 

Z.Həsənov bildirib ki, birgə təlimlər Cənubi Qafqazda sülh və təhlükəsizliyin qorunması üçün vacibdir:

 

“Xalqlarımız arasında yaxınlığın hərbi əməkdaşlığın bu səviyyəyə çatmasında müstəsna rolu var. Xalqlarımıza sülh, əmin-amanlıq və rifah arzulayıram”.

 

Z. Həsənov xatırladıb ki, müstəqillik illərindən başlayan əməkdaşlıq son illər sürətlə inkişaf edir.

 

Qeyd edək ki, bu gün Türkiyənin Kayseri şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Caunşer Burçuladze arasında görüş olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...