Modern.az

“Bakı Gəmiqayırma Zavodu”nun direktoru işdən çıxarıldı

“Bakı Gəmiqayırma Zavodu”nun direktoru işdən çıxarıldı

Aktual

21 Dekabr 2022, 17:54

“Bakı Gəmiqayırma Zavodu” MMC-nin direktoru İmanverdi Həsənov vəzifəsindən azad edilib. 

 

Modern.az-ın xəbərinə görə, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən "Report"a bildirilib ki, “Bakı Gəmiqayırma Zavodu”nda İdarə Heyəti yaradılıb.

 

Məlumata görə, Agentliyin İH-nin sədri Elşad Nuriyev bundan sonra həm də zavodda İH-nə rəhbərlik edəcək.

 

İndiyə qədər zavodun direktoru olan İmanverdi Həsənov isə İH-nin sədr müavini kimi fəaliyyət göstərəcək.

 

Xatırladaq ki, “Bakı Gəmiqayırma Zavodu” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 447 milyon ABŞ dollarına yaxındır. İllik istehsal gücü 25 min ton metal konstruksiya olan zavodda indiyə qədər 10 gəmi tikilib, 170-ə yaxın gəmi təmir edilib və yaxud modernləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?