Modern.az

Müdafiə nazirləri Azərbaycanda görüşəcəklər

Müdafiə nazirləri Azərbaycanda görüşəcəklər

Aktual

21 Dekabr 2022, 18:10

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü Azərbaycanda keçiriləcək.

 

Modern.az xəbər verir ki, ölkələr müdafiə nazirlərinin hər il keçirilən görüşünə rotasiya qaydası ilə ev sahibliyi edirlər.

 

Rotasiyaya əsasən, 2023-cü ildə keçiriləcək üçtərəfli görüşə Azərbaycan ev sahibliyi edəcək.

 

Xatırladaq ki, müdafiə nazirləri bugünkü Kayseri görüşündən əvvəl 2021-ci ilin oktyabr ayının 5-də Gürcüstanın Kaxeti bölgəsində bir araya gəliblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?