İrəvandan Xankəndiyə qayıda bilməyən Qarabağ separatçılarının nümayəndəsi Artak Beqlaryan təkadamlıq “aksiya”nı dayandırmağa məcbur olub.
Modern.az xəbər verir ki, Beqlaryan bir həftə öncə BMT-nin Ermənistan ofisi qarşısında başladığı qeyri-müəyyən “oturaq aksiya”ya son qoymaq qərarına gəlib.
O bu barədə sosial şəbəkədə bildirib. Beqlaryan Laçın yolunun bağlanmasına etiraz edirdi. Lakin BMT-nin Ermənistan ofisi onun bu “aksiya”sına reaksiya vermədiyindən separatçıların nümayəndəsi taktikanı dəyişmək qərarına gəlib.
Beqlaryanın sözlərinə görə, digər formatlarda fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, Artak Beqlaryan əvvəllər separatçıların qondarma “dövlət naziri” olub. Rusiyalı milyarder Ruben Vardanyan Xankəndiyə gələndən sonra onu “postundan” uzaqlaşdırıblar. Sonradan isə könlünü almaq üçün Vardanyana “müşavir” təyin ediblər.