Modern.az

Rusiyanın Ukraynadakı itkiləri 100 min nəfəri keçdi

Rusiyanın Ukraynadakı itkiləri 100 min nəfəri keçdi

Aktual

22 Dekabr 2022, 09:54

Rusiya artıq Ukraynada 100 min nəfərdən çox hərbçi itirib.
 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının saat 6:00-a olan məlumatında deyilir.
 

“Bu gün, demək olar ki, 9 ay ərzində Rusiya Ukraynada artıq 100 mindən çox şəxsi heyətini, 3 min tankını və 6 minə yaxın digər zirehli texnikasını itirib”, - hesabatda deyilir.
 


Baş Qərargahın məlumatına görə, son sutka ərzində Müdafiə Qüvvələrinin aviasiyası işğalçıların şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi ərazilərə 14 zərbə endirib.


Həmçinin, ukraynalı müdafiəçilər düşmənin Forpost tipli PUA-sını və daha iki Lancet-3 tipli təyyarəsini vurub.


"Ukraynalı raket və artilleriyaçılar eyni vaxtda üç komanda məntəqəsini və düşmənin iki canlı qüvvəsinin cəmləşdiyi ərazini vurublar", - Baş Qərargah əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?