Modern.az

Ermənistan bu çağırışlara əməl etməlidir - SƏFİR

Ermənistan bu çağırışlara əməl etməlidir - SƏFİR

Aktual

22 Dekabr 2022, 11:50

“BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin, demək olar ki, bütün bəyanatlarında üçtərəfli bəyanat çərçivəsində öhdəliklərin yerinə yetirilməsinə çağırış olub”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın Fransakı səfiri Leyla Abdullayeva tviterdə yazıb.

 

O bildirib ki, İrəvan Azərbaycan, Rusiya və Ermənistan liderləri arasından imzalanan üçtərəfli sənədi kobud şəkildə pozur.

 

“Ermənistan, nəhayət, BMT Təhlükəsizlik Şurasının üzvlərinin bu cür çağırışlarına əməl etməlidir”, - diplomat vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?