Modern.az

AZAL Ermənistana 112 min avro ÖDƏYİB 

AZAL Ermənistana 112 min avro ÖDƏYİB 

Aktual

22 Dekabr 2022, 20:10

AZAL 2022-ci ildə Naxçıvana uçuşlar üçün Ermənistana 112 min avro ödəyib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.

 

Bildirilib ki, Azərbaycanın milli aviadaşıyıcısı bu məbləği yanvarın 1-dən noyabrın 30-dək Ermənistanın hava məkanından keçən uçuşlar üçün ödəyib.

 

Mülki Aviasiya Komitəsi Laçın-Xankəndi yolundakı vəziyyətlə əlaqədar olaraq Ermənistanın Azərbaycan təyyarələri üçün öz hava məkanını bağlayıb-bağlamayacağı məsələsinə də aydınlıq gətirib. Qeyd olunub ki, bütün beynəlxalq uçuşlar əvvəlcədən nəzərdə tutulmuş plan əsasında həyata keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?