Modern.az

ABŞ Ukraynaya və NATO müttəfiqlərinə 45 milyard dollar ayıracaq

ABŞ Ukraynaya və NATO müttəfiqlərinə 45 milyard dollar ayıracaq

Aktual

23 Dekabr 2022, 00:52

ABŞ Konqresinin Senatı ölkənin 2023-cü maliyyə ili üçün təxminən 1,7 trilyon dollar büdcə layihəsini təsdiqləyib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, büdcədə nəzərdə tutulan ümumi xərclər bu rəqəmin 1,52 trilyon dollar müəyyən edildiyi 2022-ci ildəkindən daha yüksək olacaq.

 

Məlumata görə, vəsaitlərin böyük hissəsi - 858 milyard dolları müdafiəyə yönəldiləcək, 722,5 milyard dollar isə qeyri-müdafiə xərclərinə ayrılacaq.

 

Vaşinqton Ukraynaya, eləcə də NATO müttəfiqlərinə fövqəladə dəstək üçün 44,9 milyard dollar ayırmaq niyyətindədir. Eyni zamanda, bu ilin büdcəsində Ukraynaya ümumi dəstək 13,6 milyard dollar təşkil edib ki, bu da 2023-cü ildə nəzərdə tutulandan təxminən üç dəfə azdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?