Modern.az

Rusiyanın baş nazirindən İlham Əliyevə təbrik

Rusiyanın baş nazirindən İlham Əliyevə təbrik

Aktual

23 Dekabr 2022, 12:38

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu yazıb.

Modern.az xəbər verir ki, təbrikdə deyilir:
 

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan Sizi səmimi-qəlbdən təbrik edirəm.

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq, tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə Sizin sanballı şəxsi töhfənizi xüsusi qeyd etmək istərdim. Ali səviyyədə qəbul edilmiş qərarların icrası məqsədilə ticari-iqtisadi və investisiya üzrə əməkdaşlığın genişləndirilməsi, sənaye, energetika, nəqliyyat infrastrukturu və digər sahələrdə qarşılıqlı faydalı iri layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradılıb.

Sizinlə həmişə açıq və konstruktiv şəraitdə keçən görüşlərimizi səmimiyyətlə xatırlayıram. Etimada əsaslanan ünsiyyətimizin davam etməsinə şad olacam.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm.

Səmimi hörmətlə,

Mixail Mişustin

Rusiya Federasiyası Hökumətinin sədri”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?