Modern.az

Evdən oğurluq edən şəxslər saxlanıldı - FOTOLAR

Evdən oğurluq edən şəxslər saxlanıldı - FOTOLAR

Aktual

23 Dekabr 2022, 13:22

Tərtərdə fərdi yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıblar.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlləri törətməkdə şübhəli bilinən rayon sakinləri Elçin Əzizov və Sabit Hüseynli saxlanılıblar. Onların fərdi yaşayış evlərindən məişət əşyaları oğurladıqları müəyyən edilib.

 

Adıçəkilən şəxslər məhkəmənin qərarı ilə inzibati qaydada həbs ediliblər, faktla bağlı araşdırmalar davam etdirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?