Vardanyan Qarabağdan nə qədər tez getsə, hamı üçün bir o qədər yaxşıdır.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.
XİN başçısı bildirib ki, milyarder Ruben Vardanyanın fəaliyyəti cinayətkar və avantürist xarakter daşıyır:
"O, regionu nə qədər tez tərk etsə, hamı üçün bir o qədər yaxşı olar. Çünki bundan ilk növbədə yerli əhali əziyyət çəkir. Belə ki, o, yerli əhalinin reinteqrasiya prosesinə mane olur".