Modern.az

Türkiyənin hərbi nümayəndə heyəti Azərbaycanda - FOTO

Türkiyənin hərbi nümayəndə heyəti Azərbaycanda - FOTO

Aktual

23 Dekabr 2022, 18:12

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq hər iki ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında keçirilən 13-cü Qərargah danışıqları davam edir.

 

Müdafiə Nazirliyindən Modern.az-ya verilən məlumata görə, plana uyğun olaraq nümayəndə heyəti HHQ-nin hərbi hissələrini ziyarət edib.

 

Qonaqlara hərbi hissələrin yaranma tarixi və fəaliyyəti, birinci Qarabağ və Vətən müharibəsində keçdiyi döyüş yolları barədə ətraflı brifinq təqdim olunub.

 

Sonra türkiyəli nümayəndə heyətinə hərbi hissələrin silahlanmasında olan döyüş texnikası və aviasiya-uçuş vasitələri haqqında geniş məlumat verilib.

 

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?