Modern.az

Laçın yolunda aksiya davam edəcək 

Laçın yolunda aksiya davam edəcək 

Aktual

23 Dekabr 2022, 22:20

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Xankəndi-Laçın yolunda aksiyanı davam etdirir.

 

Modern.az xəbər verir ki, aksiya keçirilən ərazidə tonqallar qalanıb, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!” şüarları səsləndirilib.

 

Aksiyaçılar üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

 

Hazırda aksiyaçıların əhvali-ruhiyyəsi yüksəkdir.

 

Havanın soyuq və şaxtalı olmağına baxmayaraq, ekofəallar aksiyanı bu gecə də davam etdirəcəklərini bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı