Modern.az

İtirdiyi bank kartındakı pullar oğurlandı

İtirdiyi bank kartındakı pullar oğurlandı

Aktual

24 Dekabr 2022, 11:34

Sumqayıt şəhər sakininin itirdiyi bank kartından 390 manatının oğurlanması barədə polisə məlumat daxil olub. 

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elmir Musayev müəyyən olunaraq saxlanılıb.

 

Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar olunaraq götürülüb.

 

Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?