Modern.az

Prezident yeni komissiyanın tərkibini təsdiqlədi

Prezident yeni komissiyanın tərkibini təsdiqlədi

Aktual

24 Dekabr 2022, 13:10

Azərbaycan ilə Rusiyanın Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi müəyyənləşib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Sərəncama əsasən, komissiyanın yeni tərkibi aşağıdakı kimi təsdiqlənib:

 

Komissiyanın həmsədri

 

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

 

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

 

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

 

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

 

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

 

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

 

Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?