Modern.az

Azərbaycana dəstək verməyə davam edəcəyik - Akar

Azərbaycana dəstək verməyə davam edəcəyik - Akar

Aktual

24 Dekabr 2022, 14:01

"Xoş günündə və çətinlikdə Azərbaycana dəstək verməyə davam edəcəyik”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilin yekunları ilə bağlı keçirilən iclasda deyib.

 

Akar qeyd edib ki, Türkiyə minaların təmizlənməsi sahəsində və digər məsələlərdə Azərbaycana dəstək verir:

 

“Hazırda Türk Silahlı Qüvvələri Azərbaycan ordusuna modernizasiya, təlim, təhsil dəstəyi verir, azad edilmiş ərazilərdə minalardan təmizləmə prosesi davam edir. Bu günə qədər 12 mindən çox şəxsi heyət üçün təlim-təhsil verilib, 4 500 sursat aşkar edilərək məhv edilib, 284 kvadrat kilometr ərazi minalardan təmizlənib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?