Modern.az

Rusiya səfiri Bolqarıstan XİN-ə çağırıldı

Rusiya səfiri Bolqarıstan XİN-ə çağırıldı

Aktual

28 Dekabr 2022, 12:56

Rusiya Xarici İşlər Nazirliyi "Bellingcat"ın araşdırmaçı jurnalisti Xristo Qrozevin Rusiya hökuməti tərəfindən axtarışa verildiyini elan etdikdən sonra Bolqarıstan Xarici İşlər Nazirliyi Rusiyanın Sofiyadakı səfirini çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə “The Sofia Globe” məlumat yayıb.

 

Bildirilir ki, dekabrın 29-da Xarici İşlər Nazirliyinin binasında səfir Eleonora Mitrofanova ilə görüş planlaşdırılır.

 

Bolqarıstan Xarici İşlər Nazirliyi bildirib ki, Mitrofanova ilə görüşdə Ukraynanın Rusiya tərəfindən müvəqqəti işğal olunmuş ərazilərində bolqar dilinin öyrənilməsinə qadağa qoyulması məsələsi də müzakirə olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?