Modern.az

Dünən Laçın yolundan neçə avtomobil keçib?

Dünən Laçın yolundan neçə avtomobil keçib?

Aktual

29 Dekabr 2022, 08:34

Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

 

Modern.az xəbər verir ki, dekabrın 28-də Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 35 təminat-təchizat, minik və təcili tibbi yardım avtomobili maneəsiz keçib.

 

Bundan əlavə, BQXK-yə məxsus 3 avtomobil səhər saatlarında Xankəndindən Laçın istiqamətinə gedib, günorta saatlarında həmin nəqliyyat vasitələri geri dönüblər.

 

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?