Modern.az

Sabiq bələdiyyə sədri nədə ittiham olunur? - YENİLƏNİB

Sabiq bələdiyyə sədri nədə ittiham olunur? - YENİLƏNİB

Aktual

29 Dekabr 2022, 11:42

Səbail Bələdiyyəsinin sabiq sədri barəsində cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsində tamamlanıb. Bəzi media qurumları tərəfindən Səbail Bələdiyyəsinin sabiq sədri Hüseynov Əhməd Həsən oğlunun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işinin başlanmasına dair dəqiqləşdirilməmiş məlumatlar yayılıb.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Əhməd Hüseynovun Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilib.

 

İstintaqla Əhməd Hüseynovun qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməsi, habelə rəsmi sənədi ilə saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Əhməd Hüseynova Cinayət Məcəlləsinin 29, 178.4, 309.1, 313 və digər maddələri ilə ittiham elan edilib və 27.12.2022-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

*****

10:56

Səbail Bələdiyyəsinin sabiq sədri barəsində cinayət işi başlanılıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Hüseynov Əhməd Həsən oğlu barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

 

Cinayət işi üzrə Səbail Bələdiyyəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti zərərçəkmiş kimi tanınıb.

 

İş üzrə zərərin 1 milyon manatdan çox olduğu bildirilir.

 

Hazırda cinayət işi istintaq başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Məhəmməd Əkbərovun icraatına verilib.

 

Qeyd edək ki, Əhməd Hüseynov uzun müddət Səbail Bələdiyyəsinin sədri olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?