Modern.az

İranda koronavirusun yeni növü aşkarlandı

İranda koronavirusun yeni növü aşkarlandı

Aktual

29 Dekabr 2022, 12:00

İranda koronavirusun BQ.1 və XBB variantlarına yoluxma ilə əlaqədar 3 hal aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü Pedram Pakayin deyib.

 

P.Pakayinin sözlərinə görə, 2 nəfərdə BQ.1 variantı, 1 nəfərdə isə XBB növü aşkarlanıb.

 

O əlavə edib ki, yeni variantların sürətli şəkildə yayıldığını nəzərə alaraq gələn günlərdə ölkədə yoluxma sayının artacağı gözlənilir.

 

Qeyd edək ki, ötən günədək İranda 7,56 milyon nəfər koronavirusa yoluxub, təxminən 145 min nəfər bu virus nəticəsində ölüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!