Modern.az

Şəmkirə qazın verilməsi DAYANDIRILACAQ

Şəmkirə qazın verilməsi DAYANDIRILACAQ

Aktual

29 Dekabr 2022, 12:16

SOCAR-ın"Qaz İxrac" İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt yüksək təzyiqli magistral qaz kəmərində (304,5-ci km-də) görüləcək təmir işləri ilə əlaqədar, 30.12.2022-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək “Şəmkir-1Əhali”, “Şəmkir-2 Sənaye” , “Əliyaqublu 1 və 2”, “Çinarlı əhali” və “Çinarlı Sənaye” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

 

“Azəriqaz” İstehsalat Birliyindən Modern.az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Şəmkir rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?