Modern.az

Baş nazir "ASAN müraciət"lə bağlı qərar verdi

Baş nazir

Aktual

29 Dekabr 2022, 12:18

“ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların siyahısı artırılıb.

 

Modern.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

 

Qərara əsasən, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti “ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların siyahısına əlavə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!