Modern.az

Azərbaycanın Türkiyədəki səfirliyi İstanbul hadisələrilə bağlı AÇIQLAMA verdi

Azərbaycanın Türkiyədəki səfirliyi İstanbul hadisələrilə bağlı AÇIQLAMA verdi

Aktual

3 İyun 2013, 12:16


"Son günlər Türkiyədə baş verən hadisələrdə yaralanan və həbs edilən azərbaycanlı yoxdur”. Bu sözləri Modern.az saytına açıqlamasında Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Elsəvər Salmanov bildirib. O qeyd edib ki, bütün Türkiyə ərazisini əhatə edən hadisələrdə yaralanan və həbs edilən azərbaycanlılarla bağlı onlara məlumat daxil olmayıb.

“Aksiyalarda azərbaycanlıların iştirak edib-etmədiyini bilmirik, amma azərbaycanlıların yaralanması və həbs edilmə ilə bağlı bizə məlumat daxil olmayıb. Biz özümüz də maraqlanmışıq, elə bir hal yoxdur. Olsaydı, biz məlumatlı olardıq” deyə səfirliyin sözçüsü vurğulayıb.

Qeyd edək ki, "Azadlıq" radiosunun Azərbaycan xidmətinin hazırda İstanbulda olan reportyoru Abbas Atilay şəhərin Beşiktaş bölgəsində polis qüvvələri ilə aksiya iştirakçıları arasında gedən qovğada yaralanıb.

"Yeni Müsavat"ın əməkdaşı Fərahim İlqaroğlu da qaz zəhərlənməsinə məruz qalıb. 

Xatırladaq ki, İstanbulda Gəzi Parkında aparılacaq tikinti işlərinin qarşısını almaq üçün 6 gündür aksiya davam edir. Son məlumata görə, Ankarada baş verən ixtişaşlarda iştirak edən 500 nəfər saxlanılıb. Daxili işlər naziri Müəmmər Gülərin açıqlamasına görə isə 6 gündə 67 bölgədə 235 aksiya təşkil olunub və dünən gecəyə qədər 1730 nəfər saxlanılıb. Hadisələrdə 115 təhlükəsizlik əməkdaşının yaralandığı, 58 vətəndaşın xəstəxanaya yerləşdirildiyi bildirilib. Nazir həmçinin bildirib ki, bu günə qədər 89 polis maşınına, 42 xüsusi avtomobilə, 94 iş yerinə, bir mənzilə, bir polis mərkəzinə və 4 partiya binasına ziyan dəyib. İlkin hesablamalara görə, dəyən ziyan 20 milyon lirədən çoxdur.   Türk Təbiblər Birliyi (TTB) Mərkəz Şurası isə 1740 yaralının olduğunu açıqlayıb.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı