Modern.az

Elşad Abdullayev: “Məndən hədə-qorxu gələrək pul alıblar” - VİDEO

Elşad Abdullayev: “Məndən hədə-qorxu gələrək pul alıblar” - VİDEO

Aktual

4 İyun 2013, 20:44


Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev müraciət yayıb. E.Abdullayev hazırda həbsə olan Arzu Kazımovun vasitəcisi Rövşanə ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.

Elşad Abdullayevin Modern.az-a göndərdiyi müraciəti və videonu təqdim edirik:

“2005-ci ilin aprelində Rövşanə mənə telefon acıb bildirdi ki, evimiz yıxıldı kod adı "tosun»u, "kriminalisti" - Haci Məmmədovu həbs ediblər, təcili görüşmək lazımdır. Cox pis oldu, Sizə kömək edirdi, bizim adamımızı həbs etdilər, vəziyyət cox pisdir deyərək öznü qeyri-adi havalanmış adam kimi aparırdı. Həmin günə qədər mənim Hacı Məmmədovun "Qarabulaq» susurlugu haqqında məlumatım yox idi.

Mən, Rövşanəni ABU-da iş otağımda qəbul etdim. Bu zaman televiziyada -Az TV qanlı banda başcısı Hacı Məmmədovun həbs oluması haqqında AR Prokurorlugunun 23 aprel 2005 il tarixli Bəyanatını oxuyurdu. İkincisi, AzTV eyni zamanda Mahir Abdullayevin ogurluq işini aparan DIN-in l müavini Zahid Dünyamalıyevin işdən azad olunması haqqında DİN-in Bəyanatını oxunurdu. AzTV-də qeyd olunan bəyanatlardan sonra Rövşanənin psixoloji trazlıgı pozuldu və yaxasını kənara cəkməyə başladı, məni bu işlərə qatmayın. Bizə bildirdi ki, mənlik hec bir şey yoxdur pulunuz Arzu Kazimova və Zahid Dünyamalıyevə vermisiniz gedin ondan da alın. Həmin ərəfədə Arzu Kazimov doktor adı ilə Rövşanənin mobil telefonuna zəng edərək təcili yanına gəlməsini tələb edirdi ... Mənim təkidim ilə Haci Məmmədovun həbs olunmasından qorxan Arzu Kazımov 09 may 2005 il tarixində Mahirin oğurlanmasına görə məndən aldıgı pulu cinayət əməlini Natarius Müqaviləsi ilə saxta ev alqı-satqısı müqaviləsi pərdəsi altında rəsmiləşdirməyə müvəffəq olduq, adam oğurluğunun zəruri hüquqi tərkibi pulun alınmasıdır.

Məlumdur ki, Avropa Şurası hər il qərar qəbul edir ki, Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti yoxdur. Ona görədə Müstəqil İstintaq Komissiyası (MİK) mütəşəkkil cinayətkar təşkilatla əlbir olaraq Arzu Kazımovun cinayət əməllrinə düzgün hüquqi qiymət qoymamışdır, o, CM-in 178 maddəsində müəyyən edilmiş dələduz kimi məhkəməyə verilmişdir. Diqqəti cəlb edən odur ki, Azərbaycanda adadm oğurlugu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın bütün subyektlərinin cinayət əməlləri dələduzluq əməli kimi qiymətləndirilir. Hətta, MİK dünyaya adam oğurlugu üzrə məhkəmə təcrübəsinə "yenilik" töhvəsi vermişdir. Məni zərərcəkmiş kimi deyil adam oğurlugunda rüşvət verən tərəf kimi tanıyır. Guya mən pulu bandaya zorla vermişəm, adam oğrularına rüşvət vermişəm, halbuki, telefonda Mahirə işgəncə verədikdən sonra, qardaşımın həyatına təhlükə olmasın deyə hədə-qorxu gəldikdən sonra məndən pul alınmışdır. Digər tərəfdən, 25 yanvar 2009 il tarixindən Arzu Kazımovdan konkret adı ilə AR Pespublikası Prezidenti İlhm Əliyevə, baş Prokuror Zakir Qaralova, MTN naziri Eldar Mahmudova, Millət Vəkili Mehriban Əliyevaya yazılı şikayət etmişəm”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı