Modern.az

İran aksiyaya görə Türkiyədən açıqlama tələb etdi

İran aksiyaya görə Türkiyədən açıqlama tələb etdi

Aktual

5 İyun 2013, 13:55

İranın Xarici İşlər Nazirliyi Türkiyədə baş verən aksiyaya İranın dəstək verməsi ilə bağlı iddiaya cavab verib.  Modern.az türk KİV-lərinə istinadən xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas İrakçı Türkiyədən rəsmi açıqlama tələb edib. İran XİN-i Türkiyədə baş verən aksiyalarda İran vətəndaşının tutulması ilə bağlı xəbərlərə Türkiyə Respublikasından rəsmi açıqlama vermələrini tələb edib.

Fars xəbər agentliyinə açıqlama verən İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas İrakçı bildirib ki, İran vətəndaşının tutulması xəbərini mediadan eşidib.

“Məsələ ilə bağlı Türkiyədən rəsmi açıqlama istəyirik. İstanbulda baş verən aksiyalarda İran vətəndaşının tutulması ilə bağlı xəbərlər yayılıb. Biz də bu xəbəri mətbuatdan eşitmişik. Xəbərin doğru olub-olmadığını bilmək üçün Türkiyədən rəsmi açıqlama tələb edirik”-deyə Abbas İrakçı bildirib.

Gültəkin Ələsgər     

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı