Modern.az

Turqut Özalın müəmmalı ölümü ilə bağlı yeni İDDİA

Turqut Özalın müəmmalı ölümü ilə bağlı yeni İDDİA

Aktual

5 İyun 2013, 16:13


Türkiyənin səkkizinci prezidenti Turqut Özalın müəmmalı ölümü ilə bağklı daha bir iddia irəli sürülüb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin məşhur  toksikologiya tanınmış mütəxəssisi, professor Sevil Atasoy Özalın yüksək miqdarda dərman verilərək öldürüldüyünü bildirib.

“Özalın zəhərlənmədiyini bildirmək yalnıış olardı. O dərman vasitəsilə zəhərlənərək öldürülüb”.

Professorun fikrincə, Özalın qəbul etdiyi dərman xüsusi üsulla hazırlanıb, satışda olmayıb. S.Atasoy Özalın ölümü ilə bağlı əlində kifayət qədər faktlar topladığını bildirib.

Qeyd edək ki, bu gün Türkiyənin sabiq prezidenti Turqut Özalın ölümündən 20 il ötür. Mərhumun zəhərlənərək öldürülməsində şübhəli bilinən genereal Ləvənt Ersöza qarşı cinyət işi açılıb.

A.RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı