Modern.az

Qondarma “erməni soyqırımı”na Ukrayna parlamentində baxılacaq

Qondarma “erməni soyqırımı”na Ukrayna parlamentində baxılacaq

Aktual

8 İyun 2013, 10:55

Qondarma “erməni soyqırımının” tanıdılması ilə bağlı Ukrayna parlamentində (Ali Rada) qanun layihəsi təqdim edilib. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, layihə Ali Radada qeydə alınıb. 

Erməni soyqırımı haqqında qanun layihəsi parlamentə keçmiş baş nazir Yuliya Timoşenkonun rəhbərlik etdiyi “Batıkivşina” partiyasının seçilən deputat Arsen Avakov və "Region" partiyasından Vilem Şatvoryan tərəfindən təqdim edilib.

Qeyd edək ki, ermənilərin uydurduğu qondarma soyqırım Uruqvay (1965), Kipr (1982), Argentina (1993), Rusiya Federasiyası (1995), Kanada (1996), Yunanıstan (1996), Livan (1997), Belçika (1998), İtaliya (2000), Vatikan (2000 ). Fransa (2001), İsveçrə (2003), Slovakiya (2004), Hollandiya (2004), Polşa (2005), Almaniya (2005), Venesuela (2005), Litvia (2005), Çili (2007), İsveçdə  (2010) tanınıb.

A.RÜSTƏMOV 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı